Azərbaycanlılar niyə Qırğızıstan rəhbərlərini terror etmək istəyibmişlər?

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Qırgızstan Dövlət təklükəsizliyi komitəsi ölkə rəhbərliyinə cəhd planlaşdıran beş Azərbaycan vətəndaşını tutub.

Saxlanılanların adları: Əliyev V.M., Bağırov S.A., Əsgərov M. O., Bekhbudov M.S. və  Məmmədov Z. İ.

Dövlət Təhlükəsizlik Komitəsinin xəbərində deyilir ki,  qrupun lideri – Əsgərov “cinayət mühitini və oğruların ideologiyasının yayılması” və “dövlətin rəhbərliyinə suiqəst etmək üçün” Bişkekə gəlib.

Qırğızıstan rəhbərliyinə qarşı terror törətmək istəyən azərbaycanlıların transmilli cinayətkar qrupun üzvləri olduğu deyilir. Onların belə bir terrora əl atmalarının səbəbi isə Qırğızıstan dövlətinin kriminal mühitə qarşı sərt tədbirləri ilə izah edilir.

Qırğızıstanın hakimiyyəti “əməliyyat məlumatları” əsasında belə bir nəticəyə gəldiklərini iddia edir. Dövlət Təhlükəsizlik Komitəsi bu cür ciddi nəticələr üçün başqa heç bir əsas gətirmir.

Azərbaycan vətəndaşlarının transmilli cinayətkar qruplara eləcə də terrorçu təşkilatlar o cümlədən İŞİD terror qruplaşmasına cəlb olunmaları bu ölkədə bu kimi meyillərə zəmin yaradıldığı barədə fikirlər formalaşdırır.

Belə ki, bir çox təhlilçilərə görə İŞİD terror qruplaşmasında azərbaycanlıların fəal iştirakı, vaxtı ilə Azərbaycanda təkfirçi vəhabi ideologiyasının yayılmasının təşviq edilməsi ilə bağlı olub. Hərhansı ölkədə cinayətkar qruplara meyilin yaranmasına gəldikdə isə ekspertlər bunu həmin ölkələrdə qanunun işləməməsi və oliqarxiyanın dövlət idarəetmə formasını təşkil etməsi ilə əlaqələndirirlər.

Go to TOP