“Pəğədim” ocağı

Pəğədim ocağı Masallı rayonu Mahmudavar kəndində yerləşir. Kəndin əsas qəbiristanlığında yerləşən bu ziyarətgah orta əsrlərə aiddir.

Ocaq barədə tanınmış tarixçi-etnoqraf Musarza Mirzeyev 1997-ci ildə yazdığı “Mahmudavar” kitabının 82-ci səhifəsində yazır: Mahmudavarda orta əsrlərə aid iki müqəddəs yer – “Bobo Seidəğə” (Baba Seyidağa) türbəsi və “Pəğədim” (Qədim ata) ocağı vardır. “Pəğədim” ocağı kəndin əsas qəbristanlığında yerləşir, burada tacşəkilli başdaşı ilə yanaşı, orta əsrə aid olan daş üzərində günəş təsvir olunmuşdur. (“Ədəbiyyat və incəsənət” qəzeti, 08 iyun 1990-cı il)

Kəndin tanınmış tarixçisi Qumru Əhmədovun fikrincə burada dəfn olunan şəxs çox ehtimal ki, sufi dərviş övliyalarından biridir.

Bu ocağın məqbərəsi kənd sakini Fərhad Hüseyn oğlu Məmmədovun təşəbbüsü və başçılığı ilə tikilmişdir. Təmiri isə tanınmış iş adamı Mübariz Mənsimovun anası Zümrüd xanımın vəsaiti ilə aparılmışdır.

Fərhad Məmmədov məqbərəni tikmək üçün yeri qazanda oradan başdaşı aşkarlandığını söyləyir. Onun sözlərinə görə başdaşı üzərində günəş şuası təsviri kimi 12 xətt olmuşdur. Güman ki, bu 12 imam inancı ilə bağlıdır. Amma konkret olaraq bu məzarda kimin uyuması ilə bağlı dəqiq məlumat yoxdur.

Faig HUSEYNZADA

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP