Rüfət Quliyev: Milli Məclisdən güclü həyat məktəbi yoxdur

Biz uşaq olanda atalarımızdən elə eşitmişdik ki ən güclü həyat məkətəbi hərbi xidmətdir. Atalarımız bizə elə deyirdilər ki, əsgərlik məktəbindən keçməyənlər üçün həyat məktəbi hazırlıqsız başlayan oyun kimidir.

Bu fikirlərimiz Rüfət Quliyeva aid deyil, çünki 73 saylı Lənkəran şəhər seçim dairəsindən seçilən bu deputat hesab edir ki, milli Məclisdən güclü həyat məktəbi yoxdur.

TolishMedia informasiya agenliyinin verdiyi xəbərə görə 73 saylı Lənkəran şəhər seçim dairəsindən deputat  seçilən Rüfət Quliyev Yeniavaz.com saytına verdiyi geniş müsahibəsində deyib ki, Milli Məclis ən böyük universitetdir.

Rüfət Quliyevin sözlərinə görə Milli Məclis diplom vermir, amma ondan güclü həyat universiteti yoxdur.

“Cəmiyyətimiz çox dəyişib, indiki çağırışlar başqadır. Dövlət qulluğunda olan hər bir adam bunu nəzərə alıb işə münasibətini dəyişməlidir. Bu, təbii bir haldır. Cənab Prezident bunu hər dəfə tələb edir. Bəs bunu hər bir məmur icra edirmi? Demək istəyirəm ki Milli Məclis ən böyük universitetdir. O, diplom vermir, amma ondan güclü həyat universiteti yoxdur”,-deyə deputat bildirib.

Xatırlamaq lazımdır ki, məhz bu deputat bir neçə ay bundan qabaq deyibdi ki, Talış dağlarının və Talış ləvənginin adını dəyişib, Cənub dağları və Cənub ləvəngisi qoyulmalıdır.

 

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP