Biləsuvar icra hakimiyyəti talış olan şəhid abidəsinin lövhəsini doğratdırıb

Əliyev Pərvin Səlahəddin oğlu 5 ildi şəhid olub amma bu illər ərzində Biləsuvar rayonunun rəhbər şəxsləri bir dəfə də olsun bu talış şəhidin ailəsiylə maraqlanmayıb.

TolishMedia informasiyan  agentliyinin verdiyi xəbərə görə, bu sözləri şəhid gizir Pərvin Əliyevin xanımı Zülfiyyə Əliyeva bildirir.

“Əliyev Pərvin Səlahəddin oğlu 15 mart 1980-ci ildə Biləvusar rayonu Nərimankənd kəndində anadan olub. 16 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ilin 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olub. Döyüşdə Pərvinlə birlikdə Nərimankənd 3 milliyyətcə  talış olan şəhid verdi.

Pərvin Əliyevin xanımın sözlərinə görə, Pərvinin döyüş yoldaşlarının və ailənin vəsaiti hesabına ərsəyə gətirilən abidənin üzünün yazısını icra hakimiyyəti doğratdırıb.

“Biz abidənin üstünə “Ailəsi və Xüsusi Təyinatlı Qüvvələrdə olan döyüş Yoldaşlarından Şəhidin əziz xatirəsinə” yazdırmışdıq. Biləsuvar Rayon İcra Hakimiyyəti həmin yazı olan lövhəni kəsib “Şəhidin əziz xatirəsinə” olan hissəsini saxlamışdı. Kəsilən hissəsini zibilliyə atmışdılar. Həmin kəsilən hissəni zibillikdən tapıb gətirib evdə saxlayıram” – deyə xanım vurğulayır.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP