Zabil Məhərrəmov CTV rəhbərinə: Siz etdiyiniz bu əmələ görə peşman olacaqsınız. Görkəmli şair öz verdiyi sözə əməl elədi

Bir qrup talış Ermənistanda keçirilən talış konfransıda iştirak edib. Əlbətdəki bu cəmiyyətimiz tərəfində birmənalı qarşılanmayacaq. Tənqid edib təqdir edən, neytral qalıb susanda olacaq.

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, bu sözləri Canpolad Canıyev “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.

C. Canıyevin statusunu sizə təqdim edirik:

Mənə belə gəlir ki, məsələnin köklərini araşdırsaq vəziyyətin belə bir hala gəlməsində kimlərin günahkar olduğunu tapa bilərik…

 Deməli 2015 ci ildə iyun ayında Zabil bir qrup talış ziyalısı ilə Lənkəranda fəalliyət göstərən yerli kanal olan CTV-yə müraciət etdilər ki, bəs bizə gündə bir saat talış dilində verlişlər səsləndirməyə icazə verin. Bu sözləri eşidən kanalın rəhbəri “Nə qədər mən burdayam talış dilində burda heçnə olmayacaq” deyib polis çağırıb ora gələn talışları təhqir edib qovladı.

Zabil orda həmin kanalın rəhbəri olan xanıma bir söz dedi. “Biz öz dilimizdə verlişlər səsləndirməyəm başqa bir yer tapa bilərik amma siz etdiyiniz bu əmələ görə peşman olacaqsınız. Və sonra Ermənistandan ona gələn təklif qəbul edir. İki aydan sonra öz fəalliyətini Moskıvada davam etdirir.

Zabilin, bir qrup talışın Ermənistana getməsini xainlik satqınlığ adlandrırlar. Bunu bəzilər isə talışların milli hüquqlarını qorumaq, bərpa etmək üçün Azərbaycan rəsmilərinə göstərilən təsir vaistəsi taktiki gediş kimi qiymətləndirirlər.

Mənə görə ən böyük xain və satqınlar Azərbaycanda xalqların haqqını tapdalayıb vəzziyəti bu hala gətirib çıxaranlardı. Olmazdıkı talışlar üçün öz dillərində elə Lənkəranda verlişlər verərdilər? Bunu eləmək belə çətin idi?

Mən indi görürəm ki, əvvəllər Zabili qınayan talışlar indi Zabilin bu addımını dəstəkləyir.

P.S Zabil verdiyi sözə əməl elədi.. İndi bilmirəm həmin kanalın rəhbərliyi öz hərəkətinə peşmandır ya yox. Mən isə vəziyyətin bu hala gətirilib çıxarılmasında bütün günahı və səbəbkarı bizim hakimiyyətdə görürəm.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP