Masallıdan ağır xəbər: milliyyətcə talış olan xəstə iflic halına salınıb, hal-hazırda ölüm ilə üz-üzədir.

Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində milliyyətcə talış olan xəstə iflic halına salınıb. Hal-hazırda xəstə ölüm ilə üz-üzədir.

Xəstənin yaxınlarının TolishMedia informasiya agentliyinə verdiyi məlumatına görə, Masallı rayon sakini Əliyev Seymur Səxavət oğlu may ayının 1-i Masallı rayonunda yerləşən Mərkəzi Xəstəxanaya əziyyət çəkdiyi “tük dönməsi” (Pilonidal Sinus) xəstəliyilə bağlı müraciət edib.

Mayın 4-ü şöbə müdiri Nəzərov Fəxrəddin və cərrah Elçinin (soyadını dəqiq bilmirlər) başçılığı altında əməliyyat həyata keçirilib. Əməliyyat zamanı dərin sinir sisteminə toxunaraq, sinirləri də kəsiblər.

Nəticədə xəstənin belindən aşağı hissəsini iflic halına salıblar. Əməliyyatdan sonra xəstənin ailəsinə bu barədə heç bir məlumat verilməyib və uğursuz keçən əməliyyatı ört-basdır etmək üçün xəstəni komada olduğu halda 3 gün xəstəxanada gizlədiblər.

Talış ailəsi bu məsələdən xəbər tutuduqdan sonra Seymuru koma halında təcili yardım maşını ilə Bakıya, “Tusi Klinikasına” gətiriblər. Tusi klinikasında Seymurun əməliyyatdan sonrakı halını görən həkimlərin heç birisi öz üzərinə götürə bilməyib.

Hal-hazırda Seymur eşitmə və görmə qabiliyyətini də itirib. Çarəsiz ailə Səhiyyə Nazirliyinə müraciət etsə də cavabsız qalıb. Seymur hal-hazırda ölüm ilə üz-üzə dayanıb.

Seymurun anası: “Balam ortalıqla qalıb, hələ də sahib çıxan, yardım edən bir kimsə yoxdur! Hara baxır bu Səhiyyə Nazirliyi?! Bütün talış İmkanlı şəxslərdən də, başda Mübariz Mənsimov olmaqla hamısından yardım istəyirəm. Balam gözümün önündə əriyib gedir. Səsimə səs verin!

Xəstənin yaxınları ilə əlaqə saxlamaq istəyənlər bu nömrədən əlaqə saxlaya bilər.

Ramin 077-750-40-84

 

 

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP