Şeyxülislam Allahşükür Paşazadə: Yaradılan şəraitdən istifadə edənlər Azərbaycandakı hadisələri dünyaya başqa şəkildə göstərmək istəyirlər

Azərbaycanda dini durum çox yaxşıdır. Dindarlar üçün hər bir şərait yaradılıb.

TolishMedia informasiya agentliyi xəbər verir ki, bu sözləri bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycanda dini sahədə sabitlik mövcuddur.

“Lakin yaradılan şəraitdən istifadə edən bəzi qaragüruhçu insanlar Azərbaycandakı hadisələri dünyaya başqa şəkildə göstərmək istəyirlər. Əlbəttə, bu, yolverilməzdir, bu, bəlkə də, Azərbaycan xalqına qarşı olan bir işdir”.

“Facebook” sosial şəbəkəsinin talış istifadəçiləri Allahşükür Paşazadənin nə demək istədiyini anlamırlar. Onlar hesab edirlər ki, Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi dini sahədə sabitlikdən danışmaq əvəzinə yaxşı olardi ki, diqqəti  Azərbaycan Respublikasının Talış bölgəsində mövcud dəhşətli dini  vəziyyətə cəmləsin və sözügedən vəziyyəti tənzimləmək məqsədilə yerli əhali ilə kommunikasiya üçün təcili olaraq tədbir görsün.

Qeyd edək ki, Talış bölgəsindən olan dindar və ilahiyyatçı məhbuslar məsələsi hal-hazırda Azərbaycanda ən aktual və ağrılı mövzulardan biridir.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP