Alar kəndi haqqında bilmədiklərimiz: Danılmaz faktlar və həqiqətlər

Apardığım araşdırmalar nəticəsində Rusiya imperiyasının arxivlərindən Alar kəndi haqda qəribə məlumata rast gəldim.Bu sənəd 1870-1900-cu illərə aiddir.Bu sənədə görə Alar kəndinin əhalisi haqda məlumat verilib. kitabında Alarlıların Perimbellilərlə birlikdə Talış olmaları və onların əslən Orattı olmaları qeyd olunub Bax: Vəssalam. Etirazı olanlar yoturun qəbrinə yazsın.Tarixçi-Arxeoloq Tofiq Əzizbəyli yazır: “

Alar tayfasının etnik mənsubiyyəti rəsmi sənədlərdə

Alar tayfasının etnik mənsubiyyəti ilə bağlı rəsmi sənədlərdə verilmiş məlumatlar ziddiyətlidir. Belə ki, Bakı quberniyasının məskunlaşma yerlərinin 1859 – 1864 – cü illərə dair materiallarında alarlar dörd hissəyə bölünmüş və indiki Cəlilabad rayonunun Alar kəndi I hissəyə, Sərhədabad kəndi II hissəyə, Abışabad kəndi III hissəyə, Yardımlı rayonunun Alar kəndi isə IV hissəyə aid edilmişdir. Bu materialda kəndlərin dördünün də, sakinlərinin mənşəcə Talış olduğu göstərilmişdir ( Bax: Teymur Bünyadov, Kərim Şükürov. Alarlar: … s. 66 – 67). XIX əsrin 80 – cı illərində Talışda olmuş dövlət komissiyasının üzvü D. A. Kistenyev də alarların Talış olduğunu bildirmişdir ( Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 43).

1886 – cı ildə tərtib edilmiş ailə siyahılarında Bakı quberniyasının Lənkəran qəzasındakı Alar kəndlərinin əhalisinin Talış, Sərhədabad və Abışabad kəndlərinin əhalisinin isə Tatar ( Türk) olduğu göstərilmişdir ( Bax: Teymur Bünyadov, Kərim Şükürov. Alarlar:  s. 79).

Ən nəhayət 1936 – cı ildə tərtib olunmuş Azərbaycanın yaşayış məskənlərinin siyahısında Cəlilabad rayonunun Alar, Abışabad və Sərhədabad kəndlərinin əhalisinin Türk, Yardımlının Alar kəndinin əhalisinin isə türk və talışlardan ibarət olduğu bildirilmişdir ( Yenə orada. s. 120 – 121).

Göründüyü kimi, rəsmi sənədlərdəki məlumatlar ziddiyətlidir. Buna alarlar haqqında məlumat verən və sənədləri tərtib edən şəxslərin məsələyə qeyri – ciddi münasıbətinin nəticəsi kimi baxılmalıdır. Belə olmasaydı, eyni tayfanın bir hissəsi Türk, digər hissəsi isə Talış kimi qeydə alınmazdı.”(Bax: Tofiq Əzizbəyli,Mültikulturalizm və Azərbaycan.saytı.Tribuna23.09.2019, 12:45.Alarlar talış, yoxsa türkdür? )

Aqşin Mistani

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP