Ümumitəhsil məktəblərinin 11 – ci sinif üçün dərslikdə Məhəmməd Xiyabani haqqında çox böyük təhrif

1) Tarixçi Şövkət Əli qızının “Tufanlı Təbriz” kitabında “Musa Xiyabani” (Xalq Mücahidləri Təşkilatının təbrizli liderlərindən olmuşdur) Şeyx Məhəmməd Xiyabaninin nəvəsi kimi təqdim edilir.

2) Bu kitabda İran məşrutə (konstitusiya) inqilabının vətənsevər mübarizlərindən olan Şeyx Məhəmməd Xiyabani hərəkatının mahiyyəti dəyişdirilməklə yanaşı sonralar meydana gələn “Xalq Mücahidləri Təşkilatı” və onun liderlərindən olan Musa Xiyabani şücaətli və unudulmaz şəxsiyyət eyni zamanda, Şeyx Məhəmməd Xiyabaninin nəvəsi kimi təqdim olunur. Sanki, bütün təbrizlilər bu qruplaşmanın ardıcılları olmuşlar.

3) Əvvəla, Şeyx Məhəmməd Xiyabaninin bütün nəvə-nəticələrinin adları məlumdur. Bu İran məşrutə inqilabının sərdarı (Şeyx Məhəmməd Xiyabani) hazırda Almaniyada yaşayan nəvələrindən biri, Fəramərz Xiyabani mətbuata verdiyi müsahibəsində Şeyx Məhəmməd Xiyabaninin nəvələrinin adını aşağıdakı kimi sadalamışdır:

“Xiyabaninin övladları adları yaş tərtibatı ilə Fatimə, Həsən, Rübabə, Haşım, Mahmud, Məhəmməd olmuş və hazırda heç birisi həyatda deyil. Xiyabaninin üçüncü nəsli kimi, nəvələri olaraq biz beş oğlan və üç qızdan ibarətik

1) Rübabənin övladları Sirus və Məlus

2) Məhəmmədin övladları Fərzin, Lida və Mitra

3) Haşımın övladları isə Bəhram, Fəramərz və Fəriborz

Bizim nənəmiz “Xanımağa” kimi adlanan Banu Xeyrünnisa Xiyabani Əsl (atasının adı: Nikpendar) olmuşdur. O, Şeyx Məhəmməd Xiyabaninin əmisi qızı və ikinci həyat yoldaşı idi ki, Şeyx Məhəmməd 33 yaşda ikən onunla ailə həyatı qurmuşdur

Mənbə : (“Şərq qəzeti” 18-19 aprel 2010)

4) Musa Xiyabani üçün istifadə edilən “Xiyabani” soyadı əslində “təşkilat daxili” bir ləqəbdir və onun daxili pasportunda qeyd edilmir. Musa Xiyabaninin öz soyadı “Nəsir oğlu”dur və o, sonradan Xiyabani kimi məşhur olmuşdur.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP