Müzəffərəddin şahin öz səsi ilə tarixi səsyazma (Video)

1) Müzəffərədin şah Qacar (1876-1907)-ci illərdə Qacar İran dövlətinin şahı olmuşdur. Bu tarixi səsyazma İran tarixində ən qədim səsyazma hesab olunur və düz 114 il bundan əvvəl 1905-ci ildə Məşrutə inqilabının başlanğıc illərinə təsadüf edir.

2) Səsyazma Müzəffərədin şahın sədrəzəm Atabəy Əşrəfə və digər vəzirlərə etdiyi xidmətlərə görə təşəkküründən ibarətdir.

3) Mirzə Əli Əsğər Atabəy Əşrəf əslən İran gürcülərindən olub uzunmüddətli fəaliyyəti dövründə üç Qacar şahı zamanında (Nəsrəddin şah, Müzəffərəddin şah, Məhəmməd Əli şah) sədrəzəm vəzifəsini yerinə yetirmişdir.

4) Bu tarixi səsyazmanı tərcümə edib sizlərə təqdim edirəm :

“Hörmətli Atabəy Əşrəf, bizə 40 ildir sədaqət və vicdanla xidmət edirsiniz ki, biz sizin etdiyiniz bütün xidmətlərinizdən razıyıq. Xüsusən də son 3-4 ildir ki, öz rəhbərliyinizdə bunu büruzə verirsiniz və inşallah bunların hamısının əvəzini sizə verəcəyik. İnşallah, siz həmişə öz işlərinizdə zərrə qədər də qüsur etməyəcəksiniz və bizim mərhəmətimizi ən yüksək şəkildə özünüzə layiq bilin. İnşallah, sonrakı bir neçə ildə də xidmət edin və mən ümid edirəm ki, işlərinizdə bu cür uğurlu olacaqsınız. İnşallah Allah-təala Mənə və İran dövlətinə etdiyiniz xidmətləri əvəzsiz qoymayacaq. Allah hər ikimizi öz kölgəsindən əskik etməsin və Allahın köməkliyi ilə bunların qarşılığını sizə verəcəm. Biz bütün vəzirlərin xidmətindən razıyıq və siz həqiqətən də yaxşı və vaxtlı-vaxtında xidmət göstərirsiniz”.

Rəhim Əfəndi

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP