Zabil Məhərrəmov: Ata Abdullayev biabırçıdır

TolishMedia informasiya agentliyinin verdiyi xəbər görə bu gün məşhur teleaparıcı, talış xalqının ləyaqətli oğlu, siyəsi və ictimai fəal Zabil Məhərrəmov “Youtube” şəbəkəsinin öz kanalında növbəti verilişin çərçivəsində Azərbaycan Respublikasının Ata Abdullayev adlı vətəndaşının biabırçı “qəhrəmanlığı”na toxunub və onun haqqında maraqlı məlumatlar təqdim edib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən Ata Abdullayev İtaliyanın Milan şəhərində kilsəyə daxil olaraq Ermənistanın baş naziri Nikol Paşinyana suallar verib.  A.Abdullayevin bu hərəkəti Azərbaycanın bəzi vətəndaşları tərəfindən normal qarşılanmayıb.

Bundan savayı məşhur jurnalist Sevinc Osmanqızı da “Facebook”da bildirib ki, Ata Abdullayev  biabırçılığın arxasında şəxsən İlham Əliyev dayanır.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP