Əmmaməlilər növbəti dəfə qalibdir. Babalar qan eliyir (Video)

1) Dostlar, İran platosunda yaşayan xalqların əsas güclərindən biri din olmuşdur. Zərdüştilikdən ta Şiəliyə qədər. Facebookda şəxsən tanımadığım üç nəfərin analizi çox məntiqli gəldi. Onları oxumağı tövsiyə edirəm. 2-ci bəndə diqqət yetirək.

2) MİRZA HEYDAR YAZIR :

Facebook-un Azərbaycan seqmentində İranda baş verən hadisələrlə bağlı bir coşqu görürəm. Özü də, siyasi spektrin müxtəlifliyi var məsələ ilə bağlı sevinc və coşqu göstərənlər arasında – liberallardan vəhabilərə (yaxşı, olsun “sələfilərə”) qədər və bozqurdçulardan bilməm daha kimlərə qədər.

Bunun müxtəlif izahları var, təbii ki. Həm ictimai-siyasi, həm də kütlə psixologiyası baxımından.

Davam etməzdən öncə onu qeyd edim ki, bir çox ölkələrdə və cəmiyyətlərdə olduğu kimi, bizdə də ən ibtidai-avvam düşüncə “vətənpərvər millətçilik” donuna bəzənir (təbii ki, bu millətçilər haqqında ümumiləşdirmə deyil, özümü millətçi sayan birisi kimi yazıram).

1. Bu haqda bir dəfə yazmışdım. Bir daha yazım. İranda hal-hazırda mövcud olan rejimi sevə bilərsiniz, sevməyə bilərsiniz, amma bir şey var – biz artıq 30 ildir onlarla dil tapırıq. Və tapacağıq da. Bu günə kimi nə onlar bizi parçalayıb didməyib, nə biz onları. Amma, İrandakı rejim çöksə…

2. İrandakı rejim çöksə, nəticədə kimin hakimiyyətə gələcəyi bəlli deyil. Çünki…

3. Çünki bu rejim dinc yolla çökməyəcək. Və nəticədə yaranabiləcək qeyrisabitliyin bizə təsir etməyəcəyini və ya yüngül şəkildə “quru meyvə qıtlığı” şəklində təsir edəcəyini düşünənlər çox yanılırlar.

4. Statistika müxtəlifdir, lakin tutaq ki İranda 20 milyon soydaşımız yaşayır. Orada yaşayan soydaşlarımızdan inanmıram azı, heç olmadı desək, 200 mini gəlib bizim qapımızı döyməsin. Onlar bizdən siyasi status, sığınacaq, iş, maddi yardım və s. umacaqlar. Hazırsanmı buna, ay yolda – işıqforda biri birinə yol verib gülümsəməyi zapadlo bilən millətim?!

5. İran sadəcə dövlət deyil. 2000 il tarixi olan sivilizasiyadır, qədim mədəniyyətdir. Bugünkü teokratik Iran, bu mənada, keçən dəfə yazmışdım, qəfəsdə olan aslana bənzəyir. Bu sivilizasiya Şiə İslamından qat qat dərin, zəngin, çoxşaxəli və çevikdir. Şiə İslamı onun yalnız bir, çox dar və çox yeni (tarixi dərinliyə baxanda) tərəfi, üzüdür. Bugünkü teokratik İranın daxili və xarici siyasət mənaları, ideoloji semantikası, və (çox mühum!) yumşaq gücü (soft power) bu dar çərçivə üzərində qurulub. Ona görə sanki qəfəsdəki aslana bənzəyir.

Rejim tutaq ki lap dinc yolla dəyişsə, böyük ehtimal ki, bu liberal, lakin Pəhləvi zamanının aryançılıq və fars şovinizminə dönüş edən bir rejim olacaq. 1930-cu illəri yada salın. O zaman ayatollaların bugünkü siyasəti sizə çox kosmopolit görsənəcək müqayisədə. Şiəlik, transmilli mücəhid – müqəllid şəbəkələri və s. yox olmayacaq, yeni rejim onlardan national interest nəminə istifadə etməyə davam edəcək. Lakin onlara əlavə olunacaq 2000 il tarixi olan və müasir şüur üçün daha cəlbedici olan mənalar. Gəl dur, tab gətir indi ay Azərbaycan bu yumşaq gücün qarşısında.

Buna əlavə edin ənənəvi “quru meyvə” – “əla xəstəxana” -“məşhədi turist” -“İran təranələri” və s. kimi şeyləri (çox qısa və primitiv yazıram). Buna əlavə edin Qərblə əla münasibətləri olan yeni rejimin Qərb standartları ilə yenidən qurulan ordusunu, Qərb investisiyaları ilə bol olan yeni iqtisadiyyatını, yeni neft və qaz borularını, kəmərlərini və s. Vəssalam. Aslan çıxacaq qəfəsdən. Bitdik 10 – 15 ilə. İkinci variant (alternativ) – məcbur olacağıq “şimalın” zontu altına girək bunun qarşıdında.

6. Nəhayət. 30 ildir bizim xarici siyasətimiz regionda müxtəlif güclərin, aktorların tarazlığı üzərində qurulub. Başqa yolumuz yoxdur. O yeni İran qurulandan sonra bizim regionda müttəfiq və tərəfdaş olaraq rolumuz enəcək demək olar ki sıfıra.

İndi özünüz seçin – hansı aslanla daha rahatdır bizə yan yana yaşamaq.

Başa düşürəm, haydı – küydü, 28 mayda mitinqə 500 nəfər yığa bilməyəndə, məcbursunuz İrana, Boliviyaya, Gürcüstana serial kimi baxıb “ah – oh” deməyə. Amma “dombranı” qoyun kənara hərdən, düşünün.

Mirza Heydar

3) ALİ SALEH YAZIR :

İranda baş verәn iğtişaşlarla bağlı mәn dә müşahidәlәrimi bölüşmәk istәyirәm.
Әn әvvәl onu deyim ki, bu iğtişaşların olacağanı hәlә bir neçә ay qabaq Ali Dini Rәhbәr Seyyid Әli Xamnei öz çıxışlarında xәbәr vermişdi vә dövlәtin tәhlükәsizlik orqanlarına baş verәcәk hadisәlәrә hazır olmağı tövsiyә etmişdi. Son vaxtlar Livan vә İraqda baş verәn iğtişaşların daha sonra İrana keçәcәyi gözlәnilәn idi. Zatәn elә bu ölkәlәrdә dә iğtişaşlar İrana qarşı yönlәndirilmişdi.

Digәr tәrәfdәn, İranın daxilindә Ruhani hökumәtinin sәbatsız daxili vә xarici siyasәti ölkә әhalisinin iqtisadi vәziyyәtinә böyük zәrbә vurmaqla yanaşı beynәlxalq arenada da İranın mövqelәrini nәiinki möhkәmlәndirә bilmәdi, әksinә bir az da sanksiyaların artmasına sәbәb oldu. Әvәzindә isә Amerika vә müttәfiqlәri ilә “alver” etmәk üçün hәmişә istifadә edilәn “uranın zәnginlәşdirilmәsi” prosesini dә dayandırdılar.

Rәhbәrin son aylar hökumәtә Amerika ilә heç bir danışığa getmәmәk tövsiyәlәri Ruhanini narahat edir. Çünki o bu danışıqlardan camaatın başını qatmaq üçün istifadә edirdi. Әslindә özü dә bilir ki, Amerika heç vaxt İranla razılığa gәlmәyәcәk. Amerikaya hazırkı güclü İran sәrf etmir.
Ruhani bu yaxınlarda Yәzddә keçirtdiyi görüşlәrdә bu niyyәtini aşkar etdi. Çıxışlarının birindә belә dә söylәdi: Axı nә üçün Amerika ilә danışıq aparmaq olmaz? Burda nә pis iş var ki?! Danışmağın nә zәrәri var?

İndi gәlәk әsas mәsәlәyә, iğtişaşlara. Mәsәlә budur ki, guya benzinin bahalaşmasına qarşı xalqın etirazı adı ilә başlanan hәrәkәtlәr dәrhal iğtişaş vә talançılığa çevrildi. Qabaqcadan hazır olan dәstәlәr heç bir maneә görmәdәn müxtәlif şәhәrlәrdә dövlәtә vә ayrı-ayrı şәxslәrә mәxsus әmlakı yandırıb talamağa başladılar. Bu iğtişaşlara münasibәtdә güc mәrkәzlәrini bir neçә yerә bölmәk olar.

1. İğtişaşları xaricdәn hazırlayıb dәstәklәyәnlәr.
2. İğtişaşlardan öz mәnafeyi üçün istifadә etmәyә çalışan hökumәt.
3. İğtişaşlara qabaqcadan hazır olan xüsusi tәhlükәsizlik orqanları.

İğtişaş cәmi bir gün davam etdi. Buna әsas sәbәb tәhlükәsizlik xidmәtlәrinin bütün İran әrazisindә interneti vә hәtta mobil rabitәni kәsmәsi oldu. Çünki iğtişaşçılar bir növ başsız qaldılar vә tәşkilatçılar iğtişaşın böyümәsi üçün heç nә edә bilmәdilәr. Hökumәt bu arada hay-küy qaldırıb etirazların baş vermә sәbәbi kimi Amerika ilә qanışıqlara icazә verilmәmәsinә görә iqtisadi blokadanın güclәnmәsini göstәrmәyә çalışır.

Tәhlükәsizlik xidmәtlәri qabaqcadan gözlәnilәn hadisәlәrә hazır olduğu üçün bir gün, sadәcә, hәr şeyi izlәdi vә imkan verdi ki, bütün iğtişaşçılar aşkara çıxsınlar. İkinci gün isә, demәk olar, bütün şәhәrlәrdә iğtişaşln tәşkilatçıları vә әsas icraçılar hәbs edilib.

Bu gün İranda artıq bütün şәhәrlәrdә hәyat adi qaydasında davam edir. Baxmayaraq ki, bir çox şәhәrlәrdә böyük dağıntı vә talançılıq baş verib, dövlәt vә xәlqın әmlakına böyük zәrәr dәyib, bununla belә İranda çevriliş etmәk istәyәn qüvvәlәrin növbәti cәhdi dә uğursuzluqla nәticәlәndi.
Mәn bir neçә il qabaq baş verәn iğtişaşlar zamanı İranda idim vә ehtiyatda olan yüksәk rütbәli bir tәhlükәsizlik xidmәti zabiti ilә söhbәtdә hadisәlәrin necә nәticәlәnәcәyi haqda sualıma belә cavab vermişdi:

İranda rejimi devirә bilәcәk heç bir qüvvә yoxdur . Çünki İranda Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) vә Bәsic (İslam İnqilabı könüllüləri) var. Onlar İslam dövlәti üçün hәr an ölmәyә hazırdırlar, amma rejimi devirmәk istәyәnlәr öz ideyaları uğrunda ölmәyә hazır deyillәr…

Ali Saleh adlı facebook istifadəçisi

3) İRANDA QƏRİBƏ XXX9-cu İLLƏR

*1979 – İranda İslam inqlabı – fikirləşirlər ki, xaos olacaq, davam etməyəcək. Amma əksi olur.

*1989 – İnqlabın beyni və əsas sütunu Ruhullah Xomeyni dünyadan köçür. – fikirləşirlər ki, Xomeyni getdisə ortalıq qarışacaq, yaxın illərdə rejim çökəcək, amma onun yerinə Seyyid Əli Xameneyinin seçilməsi ilə butun fikirlər alt ust olur.

*1999 – İranda boyuk mitinqlər olur, məqsəd Dini rəhbərin səlahiyyətlərinin azaldılması, hətta alınsa siyasi quruluşun dəyişilməsi, amma yenə də hər şey əksinə olur. Xameneyinin tərəfdarlarının da mitinqə çıxması sayəsində İrandakı bütün təşkilat, nazirlik, komitələr bütünlüklə Dini rəhbərin tabeçiliyinə keçir. 1989-dan 1999-a qədər İran Dini rəhbəri bütün orqanlarda söz sahibi deyildi.

*2009 – İranda çox böyük mitinqlər olur, hətta Avropada keçici İran hökuməti formalaşır, bütün medya artıq İranda çevrilişin olacağından danışır, amma yenə də əksi olur. Dini rəhbər Seyyid Əli Xamneyinin Haradadır Əmmar? xütbəsindən sonra üsyanın əleyhinə milyonlarla insan küçələrə axışır, İslam inqilabına dəstək durur və müxaliflərin səs-sorağı kəsilir. Hətta İİR əks hücumla siyasi quruluşu dəyişmək istəyənlərin maliyyə mənbələrindən tutmuş, cəsusların İrandakı yuvalarına qədər ifşa edir. Nəticədə hazırkı siyasi quruluş daha da möhkəmlənir.

*2019 – Bu il üçün də nəsə olacağını gözləyirdim, hətta bəzi dostlara da bu qanunauyğunluq haqda danışmışdım. İndi isə izləyək və görək, maraqlı hadisələr olur. Mitinqə çıxanlar hökumət binalarını yandırır, polis idarələrinə hücumlar edir, amma polis hələ ki, ciddi müqavimət göstərmir. Əsas güc olan inqlab keşikçilərindən isə xəbər yoxdur. Sanki əks hücum, əks kəşfiyyat üçün suyun daha da bulanmasını gözləyirlər.

İlk etirazlar benzinin bahalaşmasına oldu, amma bəzi yerlərdə birdən-birə etiraz şüarları və forması dəyişdi. Etirazçıların sayının çox olmamasına baxmayaraq hökumət binalarına, polis idarələrinə hücumun olunması – keçinin başını çobanın çomağına sürtməsi kimi bir şeydi, hətta mitinqin ilkin hədəfinə xəyanətdir. İlkin mitinq şüarları hazırki prezidentin siyasi xəttinə etiraz idisə, dəyişdirilmiş şüarlar və hərəkətlər artıq İslam inqilabına etirazdır. Etirazçıların sayının çox olmaması bunu düşünməyə əsas verir ki, mitinq şüarlarının və formasının birdən-birə dəyişməsini ya islahatçılar, ya da dövlət özü planlayıb.

Nəticədə yenə də hər şey İİR-nın xeyrinə olacaq.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP