Dünya reallığı

7 yanvar 2015-ci ildə Fransanın mətbu orqanı olan “Şarli ebdo” jurnalı peyğəmbər salallahu aleyhi vəsəlləmi təhqir etdiyinə görə silahlı hücuma məruz qalmışdır. Nəticədə on işçi və iki polis əməkdaşı həlak olmuşdu.Bu inisidentə sərt reaksiya verən ölkələrin içində Türkiyə də var idi.Əlbəttə ki,terror istənilən halda qınanmalıdı.Ona heç bir halda haqq vermək olmaz. Onu dəstəkləyənlər özləri də bez piti minut terrorçudurlar. Ancaq burada söhbət yer üzünə gəlib-gedən milyardlarla insanın ən şərəflisinin təhqir olunmasından gedir.

Bəs etiraz iştirakçıları niyə hamısı boynundan “Biz hepimiz Charlie Hebdoyuz” şüarı yazıb asmışdılar?Yəni onlar da peyğəmbəri çəkinmədən,həyasızcasına istənilən tərzdə təhqir etməyə gedərlərmi?Belə həmrəylikmi olar?
Və yaxud,erməni soyqırımını yad etmək üçün minlərlə insanın öz boynundan “Biz hepimiz ermeniyiz”plakatı asaraq bir yerə toplaşmağı da ermənilərlə həmrəy olmanı göstərmirmi?

Eeyyy, Qaraqoyunlu, Qurban Məmmədov və bu kateqoriyadan olan kəslər! Təklif edəndə, yaxşı-yaxşı fikirləşin. Azərbaycan sizin dədənizin malı deyil.

Əhməd Məsudi

Go to TOP