Talış xalqına “icma” deyənlərin yaydıqı bəyanatına qoşulmaq məsləhətdirmi?

Bu gün Azərbaycanın bir sıra xəbər portallarında məlumat yayıldı ki, Azərbaycandakı etnik icma rəhbərləri Ermənistanın təxribatını pisləyiblər.

Bildirilir ki, bəyanatı İmamverdi Həmidov (Talış Mədəniyyət Mərkəzi), Mixail Zabelin (Azərbaycanda Rus İcması), Məhəmməd Nooyev (Azərbaycan-Avar İcması İctimai Birliyi), Milix Yevdayev (Bakı Dağ Yəhudiləri Dini İcması), Elman Əhmədov (“Azəri” Tat Mədəniyyət Mərkəzi ictimai birliyi), Robert Mobili (Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması), Əhməde Həpo (Azərbaycan Kürd icmasının ağsaqqalı), İmran Rzayev (“Samur” Ləzgi Milli Mərkəzi), Aleksandr Şarovski (Avropa Yəhudilərinin Bakı Dini İcması), Rafiq Abdullayev (“Buduq” Xeyriyyə Cəmiyyəti), Gülcan Miəsautova (“Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyəti), İsmayıl Rəhimov (Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi),  Sevinc Bulacova (İngiloy İcması), Rafael Qvaladze (Azərbaycanda yaşayan Gürcü İcması), Yuri Osadçenko (Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi) imzalayıb.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, bəyanatda deyilir:

“Biz, təmsil etdiyimiz Azərbaycan xalqları adından Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyir, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönəldilmiş çirkin fəaliyyət kimi dəyərləndiririk”.

Burda bir neçə diqqət olunası nöktə var və biz, Tolishmedia informasiya agentliyi olaraq, bunları sizin diqqətinizə çatdırmaq istəyirik:

  1. Azərbaycanda talış icması olmayıb və indi də yoxdur. Azərbaycanda yaşayan talış xalqı var və bu xalq türklərdən fərqi olaraq gəlmə deyil. Ümumiyyətlə, sözün düzünü desək, Talış zonasında yaşayan başqa icmalar kimi Azərbaycan türklərinin icması da var.
  2. Talışı “xalqdan” “icma”-ya qədər endirmək istəyən talış xalqının qardaş ya əbədi dostu yox, əksinə ən əzəli düşmənidir. Unutmayaq ki, bu gün talış xalqına “icma” deyən Bakı rejimi talış xalqını tarix səhifələrindən silmək istəyir. Heç kimdən sirr deyil, ki Azərbaycançılıq ideoloqiyasının qalibiyyətə aparan yolu talış xalqının assimilyasından keçir.
  3. Həkimiyyətin cürbəcür bəyanatlarına qoşulmaq və talışları xalqından icmaya qədər endirmək çətin bir iş deyil. Çətin iş həkimiyyətdən öz xalqının haqqlarını tələb etməkdir.

Qeyd edək ki, bununla yanaşı bir neçə gün bundan əvvəl talış ziyalı Şirəli Əliyar “Facebook” social şəbəkəsinin öz səhifəsində yazmışdı ki, talış xalqının adından danışmağa  heç kəsin səlahiyyəti yoxdur.

Go to TOP