1993-cü ilin avqust ayında talış xalqı öz dövlət müstəqilliyini elan etdi. Elvin İrşadov TMMR haqqında danışdı

1993-cü il! Qanlı Qarabağ müharibəsi! İtirilmiş torpaq, namus! Məzlum xalqın ərşə qalxmış ahu-naləsi! Xəyanət! Hakimiyyət davası! Xaos! Anarxiya! Daha nələr, nələr!

Belə bir şəraitdə talış övladları Qarabağda namuslarının keşiyində idi. Amma çi fayda!? Qədər yazılmış, qələmlər qaldırılmışdı! Bir tərəfdə ac qarına, yalın ayaqla cəbhədə vuruşan qəhrəman azəri övladları, digər tərəfdə paytaxtda millətin başını Turan ideyaları ilə qatıb, Manaquaaya ibadətə çağıran avantürist tayfa! İki vertlyotunu “qardaşına” qıymayan “qardaşlıq”! Və bütün bunları kənardan seyr edən tədbirli bir siyasətçi!
Bu idi 1993-cü ilin portreti!

Həmin illərdə dövlətçiliyin varlığı təhlükə altında idi. Artıq mərkəzi hakimiyyət ölkəyə nəzarəti əldən vermişdi. Belə bir şərait, hər bölgəni özü öz təhlükəsizliyini təmin etmək zərurəti ilə üz-üzə qoymuşdu. Çünki, zəmanət yox idi ki, xəyanət nəticəsində gedən torpaqlardan onların nəsibinə düşməyəcək, onların da namusu siyasi intriqaların qurbanına çevrilməyəcək.

Məhz bu niyyətlə, talış ziyalıları, o cümlədən Ələkrəm Hümmətov bölgəni xarici və daxildəki şovinist qüvvələrdən (pantürkçülər) qorumaq üçün 1993-cü ilin 7 avqustunda TMMR təsis etdilər. Və bu tədbirdən sonra bölgədə olan bütün hərbi texnika, əli silah tuta bilən gənclər cəbhəyə göndərildi.

Bütün bunlar həmin hadisələrdə separatçılıq meyillərinin olmamasına əsaslı dəlillərdir.

Bu gün TMMR -in yaranmasının ildönümüdür. Bu günü bayram edən hər bir kəsi təbrik edirəm.

Qeyd edək ki, TMMR Azərbaycan dövləti tərəfindən tanınmamış qurum hesab olunur.

Elvin İrşadov, talış aktivist

TOLİSHMEDİA informasiya agentliyi

Go to TOP