Masallı rayonunun demoqrafik vəziyyətində dəyişikliklər baş verir

Dövlət Statistika Komitəsi Masallı əhalisinin sayını açıqlayıb.

TOLİSHMEDİA informasiya agentliyinin verdiyi xəbərə görə, Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ilkin hesablamalara əsasən cari ilin altı ayı ərzində Masallı rayon əhalisinin sayı 661 nəfər və yaxud 0,3 faiz artaraq, 1 iyul 2020-ci il tarixə 228418 nəfərə çatmışdır ki, bunun da 50.8 faizini kişilər, 49.2 faizini isə qadınlar təşkil edir.

Masallı rayonunda əhalinin sıxlığı bir kvadrat kilometrə 317 nəfərdən ibarətdir.

Bildirilir ki, əhalinin 22.6 faizi şəhər, 77.4 faizi kənd əhalisidir.

Go to TOP