Turan ordusu niyə yaranmadı

2-ci Qarabağ müharibəsinin ilk günlərində liderliyi ələ almış Ərdoğan təntənə ilə elan etdi ki, oktyabrın 29-da 6 dövlətin iştirakı ilə Turan ordusu yaradılacaq. Əlavə etdi ki, “bir millət iki dövlət” şüarı “bir millət 6 dövlət” şüarı ilə əvəzlənəcək. Amma həmin tarix keçdi, Turan ordusundan səs-sorağ gəlmədi. Bilirsiz niyə? Indi bu sualın cavabını sizin nəzərinə çatdırmağa çalışacağam.

Pantürkizm (əslində isə – türk faşizmi) dünya ağalığını əldə etmək üçün anqlo-saks imperialistləri tərəfindən hazırlanmış bir mürtəce ideologiyadır. Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə onlar Zaqafqaziyanın şərqində – müsəlmanların yaşadığı Şirvan və Aran ərazilərində bir dövlət elan etdilər. Onun adını məqsədli şəkildə Arazdan cənubda yerləşən, İranın tarixi vilayətinin adı ilə Azərbaycan adlandırdılar. Amma bu ərazilərdə çoxlu millətlər yaşayırdı, türklər heç də çoxluq təşkil etmirdi. Gələcəkdə bu xalqları türkləşdirmək vəzifəsini yerinə yetirmək və türkləri dominant qüvvəyə çevirmək üçün bolşeviklərin qələbəsindən sonra Az. SSR adlandırılan bu dövlətin tərkibində məqsədli şəkildə daha bir dövlət təsisatı – Naxçıvan Muxtar Respublikası yaradıldı. Sonrakı 70 illik bir tarix boyu bu eksklav-dövlət Azərbaycan dövləti üçün bir kadr zavoduna çevrildi. Bu prosesin zirvəsi naxçıvanlı Heydər Əliyevin 1969-cu ildə Azərbaycana başcı təyin edilməsi oldu. Onun bu vəzifəyə təyin edilməsi bu ölkədə yaşayan bütün xalqların azərbaycanlı adlı bir qazanda qaynadılıb türk horrasına dönməsini başa çatdırmalı idi.

Təbii ki, Azərbaycanın müstəqilliyinin 30 illik dövrü də bu tayfanın dövlətin bütün vəsilələrini, ictimai siyasi həyatın bütün sahələrini inhisara alıb ölkə xalqlarını bütünlüklə əsarətə alıb tam hüquqsuz vəziyyətə salmasına gətirib çıxartdı. Bu hakim tayfa , təbii ki, taleyini qonşu Türkiyəyə bağladı. Təsadüfi deyil ki, müstəqillik dövründə Türkiyə iqtisadiyyatına 48 mld. dollar investisiya yatırtdı. Öz tayfa mənafiyini Türkiyənin mənafeyinə calaq edən bu tayfa, əlbəttə ki, özünün seçdiyi böyük qardaşın verdiyi sifarişlərə müvafiq Orta Asiya dövlətlərində pantürk ideologiyasını yaymağa girişdi. Bunun üçün öz dövlət büdcəsi hesabına türk xalqlarının mədəniyyətini himayə dedən “Türksoy” təşkilatını, türk dövlətlərinin Parlament Assambleyasını yaratdı, bunlara Azərbaycan xalqlarına məxsus külli miqdarda vəsait xərclədi. Təkcə onu deyim ki, Qırğızıstanda son 10 ildə bu hakim tayfa pantürkizmi təbliğ edən 120 adda kitabı  qırğız və rus dillərində kütləvi tirajla çap edib əhali arasında və kitabxanalara pulsuz paylamışdı.

Ərdoğan Turan ordusu yaradacağının anonsunu verəndə yəqin güman edirdi ki, Orta Asiya ölkələrindəki elita da Naxçıvan-yeraz tayfası kimi öz xalqına bu qədər xəyanətkar olub, öz dövlət mənafeyini Türkiyə kimi bir faşist və terroristləri müdafiə edib ona istiqamət verən bir dövlətə qurban verəcəklər. Amma bu baş vermədi. Bilirsiz niyə? Çünki, o dövlərlərin tərkibində Naxçıvan kimi bir dövlət təsisatı yox idi, və dövlət strukturları Azərbaycanda olduğu kimi tamamən bir oğru və cinayətkar zümrənin əlində cəmlənməmişdi. Əgər həmin dövlətlərdə də dövlət təsisatları Azərbaycanda olduğu qədər bir bandanın əlinə keçmiş olsaydı, onda Ərdoğanın dediyi olacaqdı. Əlbəttə ki, heç təəccüblü deyil ki, digər türk mənşəli dövlət rəhbərləri naxçıvan-yeraz tayfasından ibarət mutəşəkkil cinayətkar dəstəsi qədər yabanı məxluq deyillər, onlar qədər öz xalqının mənafeyini öz tayfa mənafeyinə tabe etməyi rəva bilmədilər, Ərdoğanın etdiyi müraciətləri saya almayıb qulaq ardına vurdular və əcəb də elədilər.

Seyfəddin Talışməkani

Go to TOP