Əcəb işə düşmüş Talış millətim

Bu gun bir çoxlarinin lənətlədiyi, pislədiyi olkə, təriqət və şəxsiyyetlər haqqinda konkret nəyə əsasən bu fikre gəldiyini soruşanda cavabdan qaçir və umumi, şablon sozlərlə qarşısındakini yola verirlər.

Mənim de belə bir hekayə yadima duşdu

Təqribən 9 il oncə valideynlərimlə Beyləqandaki dostlarimiz gilə qonaq getdik. Adəti uzre həmişə atam bizi Cərcis peyğəmbərin ziyaretgahi deyilən bir ziyarete apardi. Hamı kimi mən de icəri daxil oldum, ziyaret etdim və bir az kənarda dayanıb ordaki yaylıq verib içəri buraxan kişi ilə bir turkiyəli qizin mubahisesini eşidirdim, daha doğrusu, qiz direnmişdi kişiyə ki, camaati niyə aldadirsiniz? Bu ziyaret kimə nə verə bilər? Kişi de sakitcə deyirdi ki, biz hec kimi məcbur etməmişik ki, bura gəlsin. Və heç kimi heç nəyə məcbur da etmirik. Qız isə işində pərgar oldugu ucun bunu lap gic eləmişdi və bir ziyareti firlanan qadinlara da muraciət edirdi ki, bu size nə vere bilər və s.

Nəhayet, novbə mənə çatdi. Dedi, gorurem ki, xarici gorunuşden muasir qadina oxşayirsiz. Bəs siz niyə belə cahilliyə inanırsınız?
Dedim colə cıxanda sualınıza cavab verəcəm.
Gordum bir topa yaşli başli qadinlari yiğib başına muhazire oxuyur, guya hər şeyin ən dogru yolunu bilən adamdi. Mən də əvvəl konkret cavab verərek dedim ki, mən şiəyəm(istedim ki, həmən qadinlar da şiə olduqlarindan çəkinməsin. Əslində mən sunnu şiə fərqinə varan deyiləm və belə bir ayrimçılığı sevmirem) Və məndən bura gəlməyin səbəbini soruşdugunuz kimi mənim də size belə bir sualım var: Neçə əsrdi ki, dindarlar və qeyri dindar muselmanlar Kəbəni ziyaret edir və hətda orda şeytana daş da atirlar. Və bu ziyatetin vacibliyi və şərtləri haqda dinimizde yeterincə yazilib. İndi siz deyin gorum, o ziyaretin divarlari indiyə kimi kiməsə nəsə verib? Bu qədər şeytana daş atilib, deyin gorum o şeytan nə vaxt məhv olar? Yox əgər Quranda adi çəkilən və vacib buyurulan ziyaret kiməse nəse vere bilməzse, bu ziyaret mənə nə verməlidi ki?!

Əgər hər şeye bu prizmadan yanaşsaq və daha dərinliyə getsek onda biz ateizmə doğru gedirik. Və biz hər şeyə təmənna ilə yanaşsaq, orda iman da olmaz! Və yaxud biz gərək Allahın muəyyən dovrde möcuzələr etməyə qadir oldugunu desək və Qurandan sonra nə varsa, inkar edirikse, deməli, Allahin mocuzə yaratmaq imkaninin artiq olmadiğini qəbul etməli və beləcə Allahi inkar etməliyik?

Qiz bu suallari eşidəcək gulumsundu, tutuldu və “abla, bir kənara gedək mən bu suallarin cavabini size verəcem”, deyə özunu bu qadınlarin yanında sindirmadi. Doğrusu, mən de inandim ki, şedever bir cavabi alacam, həm de sevindim. Getdik bir az aralida mənə dedi ki sizde telefon var? Dedim var. Dedi, numarami yazin və mənə de oz numaranizi verin, bu suallarin cavabini və mən size verecəm.. Əlbəttə ki, cavab verilmədi. Nəise, əsas odur ki, o qadinlar elə bildi ki, bu qiz mənə tutarli bir cavab verdi. Dedim bəs siz cavan qizsiz, burda nə edirsiz? Dedi Turkiyəden gəlmişəm, Bakida Tibb universitetinde oxuyuram(ureyimde fikirləşdim, axi bunun tətil vaxti yayda bu isti Beyləqanda nə işi var?! Əgər tələbəsense, tətilde oz ölkənə get, ya da yayda daha əlverişli iqlimi olan yerdə istirahətini et. . Axi şirk hesab etdiyin yerə niyə gəlirsen ?!)

Rumuş Hacıyeva

Go to TOP