Status kvo görbagör oldumu?

Azərbaycanda rusa nifrət təbliğatı sosial şəbəkələrdə pik nöqtəyə qalxıb. Bunun “ziyalı”sı, “müəllim”i, “deputat”ı belə rusafobdusa biz batdıq. Heydər Əliyevdən tutmuş Ərdoğana kimi demirdilər ki, Qarabağın açarı rusun əlindədir?! Bizim bəxtimiz gətirdi ki, Paşinyan Sorosa güvənib Rusiyaya qarşı çaşdı və sonda rus bazalarının Ermənistan ərazisindən çıxarılmasını tələb etdi. Putin isə vədi alandan sonra dabronu verdi Azərbaycana.
Özü isə neytral qalıb sakitcə seyr eləməyə başladı və hamıya bəyan etdi ki, öz aralarında olan söhbətdi heç kim qarışmasın. Və Azərbaycan əsgəri şir kimi vuruşdu. Bu yandan da Türkiyə – İsrail mediası yalan məlumatlarla, şayiələrlə özünü ortaya atmayıb kənardan hürməyə başladı. Ay nə bilim bordo bərəlilər köməyə gəldi, pakistan əsgəri köməyə gəldi – zad. Birinin də vidyosu yoxdu ki, baxıb inanaq. Baş kəsməyin vidyosu var, amma, bordo bərəli, pakistan əsgəri vidyosu yoxdu. Ki, biri şəhid olsun gedək qəbrin ziyarət edək.
Ay nə bilim Bordo bərəli, pakistan qabağa düşür ermənini öldürür, sonra Azərbaycan əsgəri meyidləri daşıyır. Karoçi, bunlara güllə dəymir. Ay nə bilim orduda sukalar çıxdı, nə bilim dişində, batinkasında cihaz çıxdı. Vətən xaini zad. Amma, kim soruşursan, kəndlərinə elə vətən xaini gətirməyiblər. Qəribədi, ancaq qulaqla eşidirsən, gözlə görə bilməzsən. Bunlardan biri kiminsə qonşusu, qohumu da deyil. Bu bir yana.
Başa düşmürəm, Azərbaycan əsgərinin hərbi paltarında Türkiyə bayrağı nə gəzir?! Azərbaycan əsgərini məgər Türkiyə alıb?! Başa düşmürəm, Rusiya burdan bura Yalamaya yapışıb, biz gərək çerez İstanbul Rusiyaya gedək. Nədi, Azərbaycan aviasiyası, hava yolları da Türkiyəyə satılıb?! Pramoy gedə bilmərik ki?! Yoxsa Rusiyaya pandemiyanı bəhanə eləyirlər, ki, camaat gələ bilmir, xəstəliyə görə zad. Türkiyənin cibin doldururuq, həm də belə Rusiyaya getmək yavaş yavaş yığışılsın. Guya Putinin bundan xəbəri yoxdu?! Paradda Ərdoğan orda neyləyirdi ki?! Hələ bir tribunada şaqraq danışmağı. Ermənidən qənimət götürülən rus tanklarına, maşınlarına, silah sursata lağ eləyib gülmək. Bayraqdar gələndə fəxrlənmək.
O bayraqdarları, haropları Suriyada rus göz açmağa imkan vermədi. Yadınızdan çıxıb? Rus göz yumdu bayraqdarın, haropun Qarabağda bayraqdar, Harop olmasına. Unutmayaq ki, bizdəki silah sursat, tank, beter, top smerç və s. 90 faizi elə rus istehsalıdır. Elə həmin anda Putin də canlı yayımla paradı izləyirdi. Hər şeyi də qəşəy görürdü. Ərdoğan danışıqlarda masaya oturacaqdı. Otura bildi?! Türk sülhməramlıları rus məramlıları ilə birlikdə Laçın koldoruna nəzarət edəcəkdi. Edə bilir?! İmza elə sənəddə qaldı. Azərbaycan da bütün şirkətlərin 80 faizi Türkiyə nəzarət edir. Bizə qəpik quruş verirlər.
Adi tikinti şirkətində azərbaycanlı mala çəkən 500 azn alır, türk mala çəkən 2000 $ alır. Niyə? Xəbəriniz var, ABŞ, Fransa, Rusiya və s. erməni milyarderləri Qarabağı qaytarmaq üçün Putinə nə qədər pul vəd edirlər, üstəgəl sözəbaxan olacaqlarını da. Deyirlər prinsip söhbətidi. Putin artıq atakaya keçib. Birinci mərhələdə Cinlə birgə dünyanı pandemiyaya soxdu. İqtisadiyyatlarına zərbə endirdi. İndi də ABŞ və İsraili içəridən laxladır. İngiltərə ABŞ və Rusiyanın arasında qalmamaq üçün şkurasın götürüb Avropadan çıxdı. Fransanı bütün dünyaya gülünc eləyib. Almaniyanı öz tərəfinə çəkdi. Türkiyə isə vurnuxur.
Yetimi qınamalı da deyil, pandemiyadı, dövlət çökür, sərvətdən nə nefti var nə qazı. Azərbaycan olmasa, Rusiya turizmi, Rusiya bazarı olmasa batar. Ərdoğan özü də bilir ki, Rusiyaya yapışa Azərbaycanı Putin ona həzm elətdirməz. Nə yedi yedi. Suriyada rusun ona nə toy tutduğunu, milli məclislərində deputatların əlbəyaxa olduğunu, Putinin yanına qaçdığını unutmayıb. Yaxın günlərdə Putin esenqe başçıların bir yerə yığacaq. Canlı. Sizcə Polşa başçısını öz ərazisində göydə vurduran Putin kiməsə baxar?! Ağıllı olmaq lazımdı.
Nefti, qazı olan Rusiya ilə dost olmaq lazımdı. Burdakı nifrət Rusiyadakı 3 milyona yaxın bizim millətə də təsir edə bilər. Bu da Rusiya maraqlarına türklər demişkən hayqırır. Və rus bunu belə qoymaz. Türkiyənin nəyi var, nə nefti var nə qazı. Necə olar ki, o bizə böyüklük eləsin. 1993 ildən qazı onlara havayı veririk, nefti də İsrailə. Hələ başqa qret eləməkləri demirəm. Türkiyənin bizə bilirsiz nə qədər borcu var?!
Qarabağı, vətəni istəyirsiz?! Rusla Dost olacaqsız. Yox, olmayacaqsızsa siz Qarabağı istəmirsiz, həndəsəyə basmayın. Ağıllı olun Əli adından da olarsız, Vəli aşındanda. Əks təqdirdə balalarıvızı gələcəkdəki yeni müharibəyə hazırlayın. İmennavoy kim ki, protiv di qoy onun balası getsin. Yaxın qonşu uzaq qohumdan yaxşıdı. Qonşularınızla mehriban olun. Arada mutkalıq eləyənləri qeyd eləyin, Ayı və pələng ilə pəncə – pəncəyə gəlmək canavarın başı üçün deyil. Yox desələr ki, başı üçündü, onda onları qabağa itələyin, qoymayın arxanıza keçib sizə tırka versinlər.
Cəfər Cəfərov
Go to TOP