Rusiya və İran Azərbaycanı bölüb

Bu fikirdə olanlar Türkmənçay və Gülüstan müqaviləsində Azərbaycanın “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” olmaqla iki hissəyə bölündüyünü iddia edirlər. Şimali və Cənubi Koreya kimi.Tarixin heç bir dönəmində Şimali Azərbaycan və Cənubi Azərbaycan adlı dövlətin mövcud olmaması bu iddianın köklü yalanlar üzərində qurulduğunu göstərir.İkinci məsələ budur ki, bu iki müqavilə Rusiya və İran arasında bağlanıb, bəli, amma müqavilədə ümumiyyətlə Azərbaycan adı keçməmişdir.
Dillərə düşmüş “İran və Rusiya Azərbaycanı bölüb” yalanı bu müqavilədə öz əksini tapmır. Müqaviləyə əsasən İran müharibədə uduzduğu torpaqları Çar Rusiyasına təslim edir.Həmin dövrdə İranı idarə edənlərin Qacarlar (türklər) olduğunu nəzərə alsaq iddia sahiblərinin bu işdə farsları ittiham etməsi də absurddur.Həmçinin 20-ci əsrdən əvvəl İran adlı dövlət olmayıb deyənlərin “Azərbaycanı Rusiya və İran bölüb” demələri də paradoksdur.İran adlı dövlət necə olmayıb ki, Rusiya çarı 1-ci Nikolayın 1828-ci ildə İran dövlətinə hədiyyə etdiyi top lüləsinin üzərində rusca “Persidskogo dvora”, farsca “Dövləti-İran” sözü yazılıb. Bu bir daha sübut edir ki, iranlılar əzəldən öz dövlətlərini İRAN adlandırıblar. http://yap-helper.ru/post/travel/1610661Rusiya 19-cu əsrin əvvəllərində Qacarlar sülaləsinin İranı zəiflətdiyini görüb İrana hücum edib və Qafqazda İran dövlətinə məxsus 17 iri şəhəri işğal edərək “Türkmənçay və Gülüstan” müqavilələri vasitəsilə İrandan qoparıb, öz ərazilərinə qatıb. Bu belədir və tarixi həqiqətdir… Eynilə Ermənistanın Qarabağı işğal etdiyi kimi.
Heç kəs Qarabağın işğalına “Ermənistan və Azərbaycanın Qarabağı bölməsi” kimi baxmır. Amma bir qrup insan Rusiyanın Qafqazı işğalına “İran və Rusiya Azərbaycanı bölüb” şəklində izah verməyə çalışır.Azərbaycan adlı dövlət ilk dəfə 1918-ci ildə İranın işğal olunmuş həmin şimal ərazilərində Çar Rusiyası dağıldıqdan sonra yaranmışdır.Populist və pafoslu çıxışlardan çəkinərək həqiqətləri qəbul etməliyik. Öz zərərimizə olsa belə. Necə ki, Allah Quranda buyurur; “Ey iman gətirənlər! Ziyanınıza olsa belə doğru danışın…”Nisa 135 Rusiya və İran Azərbaycanı bölüb…
Bu fikirdə olanlar Türkmənçay və Gülüstan müqaviləsində Azərbaycanın “Şimali Azərbaycan” və “Cənubi Azərbaycan” olmaqla iki hissəyə bölündüyünü iddia edirlər. Şimali və Cənubi Koreya kimi. Tarixin heç bir dönəmində Şimali Azərbaycan və Cənubi Azərbaycan adlı dövlətin mövcud olmaması bu iddianın köklü yalanlar üzərində qurulduğunu göstərir. İkinci məsələ budur ki, bu iki müqavilə Rusiya və İran arasında bağlanıb, bəli, amma müqavilədə ümumiyyətlə Azərbaycan adı keçməmişdir. Dillərə düşmüş “İran və Rusiya Azərbaycanı bölüb” yalanı bu müqavilədə öz əksini tapmır. Müqaviləyə əsasən İran müharibədə uduzduğu torpaqları Çar Rusiyasına təslim edir. Həmin dövrdə İranı idarə edənlərin Qacarlar (türklər) olduğunu nəzərə alsaq iddia sahiblərinin bu işdə farsları ittiham etməsi də absurddur.
Həmçinin 20-ci əsrdən əvvəl İran adlı dövlət olmayıb deyənlərin “Azərbaycanı Rusiya və İran bölüb” demələri də paradoksdur. İran adlı dövlət necə olmayıb ki, Rusiya çarı 1-ci Nikolayın 1828-ci ildə İran dövlətinə hədiyyə etdiyi top lüləsinin üzərində rusca “Persidskogo dvora”, farsca “Dövləti-İran” sözü yazılıb. Bu bir daha sübut edir ki, iranlılar əzəldən öz dövlətlərini İRAN adlandırıblar. http://yap-helper.ru/post/travel/1610661 Rusiya 19-cu əsrin əvvəllərində Qacarlar sülaləsinin İranı zəiflətdiyini görüb İrana hücum edib və Qafqazda İran dövlətinə məxsus 17 iri şəhəri işğal edərək “Türkmənçay və Gülüstan” müqavilələri vasitəsilə İrandan qoparıb, öz ərazilərinə qatıb. Bu belədir və tarixi həqiqətdir…
Eynilə Ermənistanın Qarabağı işğal etdiyi kimi. Heç kəs Qarabağın işğalına “Ermənistan və Azərbaycanın Qarabağı bölməsi” kimi baxmır. Amma bir qrup insan Rusiyanın Qafqazı işğalına “İran və Rusiya Azərbaycanı bölüb” şəklində izah verməyə çalışır. Azərbaycan adlı dövlət ilk dəfə 1918-ci ildə İranın işğal olunmuş həmin şimal ərazilərində Çar Rusiyası dağıldıqdan sonra yaranmışdır. Populist və pafoslu çıxışlardan çəkinərək həqiqətləri qəbul etməliyik. Öz zərərimizə olsa belə. Necə ki, Allah Quranda buyurur; “Ey iman gətirənlər! Ziyanınıza olsa belə doğru danışın…” Nisa 135
Cəfər Cəfərov
Go to TOP