Tərtər 1967

Son vaxtlar yutubda yer almış “Tərtər hadisələri” adamın tüklərin biz – biz edir.
Bu nə dvijeniya, bu nə əxlaq, bu nə qəddarlıq. Guya Ermənistana sukalıq eləyiblər, ona görə. Amma, sukaları tapa bilməyiblər, günahsız imişlər. Təəssüf…

Nə olar, adamı toka da verərlər, dırnaqların da çıxardarlar, dərisin də soyarlar, ölənə kimi döyərlər də. Eybi yox. Amma, mənəviyyatı alçaltmaq; daldan, ağızdan zorlamaq, arvadını gətizdirib gözü qabağında zorlamaq və ya arvadının gözü qabağında kişini zorlamaq, oğlu məcburən atasının ağzına işətdirmək və s. kimi manyak işgəncə metodları adamı dəli edir. Bunlar hətta milli qəhrəman Mübariz İbrahimovun xalası oğluna belə işgəncə ediblər. Və dövlət bunu görmür. Hansı ki, “iti qovan” kəlməsinin camaata necə xoş gəldiyini görmüşdü.

Bakıda 6 minə yaxın erməni yaşayır. Erməni kilsəsi, erməni muzeyi. Ermənistana qaz havayı verilir, Sokar Yerevanın göbəyində fəvvarə vurur. Hələ bəzi məmurların Ermənistanda obyekti – şirkətlərin demirəm. Bəzi müğənnilərin Ermənistan aparılıb oxuduqlarını danışardılar, məsələn, İlhamə Quliyeva vəs.

Yadınızda, dedilər türklər sukaları tapıblar, ay nə bilim dişdə, daban da və s. cihaz tapıblar. Türkiyədə darbedən sonra, darbe iştirakçıların kopya həmin alçaldıcı metodlardan istifadə edib işgəncə vermişdilər. Həmin koordinat, həmin dalğa.

Bunlar azərbaycanlı deyil. Bunlar bir qrup anasının əmcəyini kəsən xüsusi yetişdirilmiş dettom uşaqlarıdır. Qərbin yetişdirdiyi bu cırığlar azarların öldürsün deyə bəhanələr, iğtişaşlar yaradıb əməllərin həyata keçirirlər.
Gah Nəcməddinin dalınca qaçdılar, gah Kəmaləddinə yön aldılar. Dişləri batmadı.

O boyda Babəki tikə – tikə doğradılar, Nəsiminin dərisin soydular amma, daldan zorlamadılar. Alçaltmadılar. Bu nədir ala?!

Go to TOP