Azərbaycan millətçiləri və liberallarının ortaq bir dərdi var — İran

Əgər, İranda bir dövlət rəsmisi İran-İraq müharibəsində həlak olan erməninin qəbrini ziyarət etsə, olur Azərbaycan düşməni və buna görə, “Budur müsəlmançılıq?”- deyə bağıraraq sualları göydən tökürlər. Ancaq İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu erməni vətəndaşları bayram münasibətilə təbrik edəndə olur bütün vətəndaşlara qucaq açan uzaqgörən siyasətçi…

Paşinyan İranda erməni icması ilə ermənilərin evində görüş keçirir və orada səslənən hansısa erməninin fikirlərinə görə, Ayətullah Xameneyidən liberallar, millətçilər “cavab tələb edirlər” ki, ermənilər niyə bunu deyir? Hələ yadımdadır bu mövzuya bəzi “dindarlar” da qoşulmuşdu. İndi liberalların ümidgahı Bayden əmi erməni soyqırımını rəsmən tanıdı. Belə heç kimi vecinə də almadan bu ifadəni işlətdi. Bunlar qaldılar girinc və “Birincisi Bayden bu hərəkəti ilə siyasi səhv etdi” – cümləsi ilə başlayan uzun bir söz yığını statusda, “ay bu siyasi bir qərardır, tarixi faktlara və araşdırmalara əsaslanmayıb” – başladılar malalamağa. Yaxşı onu bildik də, bəs bu qərara görə Baydeni, Amerikanı niyə söymürsünüz? Ondan niyə cavab tələb etmirsiz? Həmin bu “soyqırımı” İran tanısaydı belə deyəcəkdiniz? Əlbəttə ki, deməyəcəkdiniz. Başlayacaqdınız əxlaqsızcasına söyməyə. Ancaq indi bəziləriniz heç Bayden, ABŞ adını belə çəkmək istəmir.

Bir sözlə həyasızlıq sarıdan qıtlıq çəkməyən bu dəstə İranda baş verən hadisəyə olduqca düşük formada reaskiya verir, amma Türkiyə və ABŞ-da olsa, “akademik” məqalələrlə şərh edirlər.

Çinqiz Həsəni

Go to TOP