Astara: dənizdə batan 3 gənc xilas olunub

Astarada dənizdə batma təhlükəsində olan üç gənc xilas edilib. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi bu gün, 1 iyul tarixində verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə çimərlik ərazisində batmaqda olan şəxslər barədə məlumat daxil olub. Hadisə yerinə “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.

Operativ xilasetmə əməliyyatı nəticəsində 19 yaşlı İsmayıl Əsgərov, 27 yaşlı Şiraz Qəribov və 27 yaşlı Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas ediliblər. Onlara ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

Go to TOP