AFFA talış bölgəsini təmsil edən klubunu heç bir diviziona qəbul edilmir

AFFA Lənkəranı, talış bölgəsini təmsil edən “Xəzər Lənkəran 42” futbol klubunu nə I, nə də II diviziona buraxmadı.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşım edilib.

“Bəllidir ki, AFFA-nın Mübariz Mənsimovla, habelə, vaxtikən “Xəzər Lənkəran”, “Xan Lənkəran” futbol klubları, ümumi olaraq, talışlarla olan köhnə düşmənçiliyini, paxıllığını hələ də davam etməkdədir.

Region Liqasında çıxış edərkən istər Lənkəranın “Xan”, istərsə də, “Xəzər” komandasının ev oyunlarına 7000+ azarkeş gəlirsə, nəyə və hansı səbəbə bu şəhər futbolsuz qalmalıdır? Əgər maliyyə məsələlərini bəhanə edirsə AFFA, maliyyə cəhətdən də yardım göstərməsi borcudur!”.
“Bu camaat futbola acdır, onu da AFFA əlimizdən alır!” – paylaşımda deyilir.
Go to TOP