Lənkəranda fəaliyyət göstərən iki restoran cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) Lənkəran rayonunda fəaliyyət göstərən iki restoranı cərimələyiblər.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, Qurunba kəndində yerləşən “Zirvə” restoranı obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün, həmçinin Kənarmeşə kəndində yerləşən “Yeddi bulaq” restoranı baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün sahibləri inzibati qaydada cərimələniblər.

Go to TOP