Cəlilabadda yol qəzası: 2 nəfər ölüb

Cəlilabad rayonunda baş vermiş qəzada xəsarət alanların adları məlum olub.

Belə ki, onlar 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 36 yaşlı Ülkər Səmədova, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanovdur.

Məlumata görə, iki zərərçəkənin vəziyyəti çox ağırdır.

***

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər dünyasını deyişib, bir neçə nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Qeyd edək ki, hazırda qəza qurbanlarının kimliyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Go to TOP