Tanınmış talış artist vəfat edib

Lənkəran rayonunun Girdəni kənd sakini əməkdar artist, aktyor Niftulla Əsgərov dünyasını dəyişdi.

Tanınmış talış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub.

1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb. 2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.

Fotoda: Yenidənqurmadan sonra talış dilində olan ilk tamaşa – “Boənən bısırəmon”.
Rollarda: Təvəkkül H., Niftulla Ə. , Camal M. , Fərzəli K., Çingiz. 1988-ci il.

No photo description available.

Go to TOP