Azərbaycanda 272 min insan ehtiyaclarını qarşılaya bilmir

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 64 min aztəminatlı ailənin 272,3 min üzvü ünvanlı dövlət sosial yardım alıb.

TOLİSHMEDİA informasiya agentliyi açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə aztəminatlı ailələrin sayı azalıb.

Belə ki, son bir ildə aztəminatlı ailələrin sayı 1,5 min, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 18,5 min nəfər azalıb.

Məlumat üçün qeyd edək ki, ünvanlı dövlət sosial yardım aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə hesab olunur.

Onu da bildirək ki, 2023-cü ildə ehtiyac meyarı 246 manat olub. Bu isə o deməkdir ki, ən azı 272,3 min insanın aylıq gəliri 246 manatdan aşağı olub.

Go to TOP