Cəlilabadda intensiv yağış fəsadlar törədib

Cəlilabad rayonunda intensiv yağış fəsadlar törədib.

TOLİSHMEDİA informasiya agentliyinin məlumatına görə, rayonun Göytəpə şəhərində yağış suları yaşayış binalarının həyətlərinə dolub.

Yağış suları müvafiq qurumun çirkab su daşıyan avtomobillərin ilə çəkilərək təmizlənib.

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Go to TOP