Masallıda zəncirvari yol qəzası baş verib
Masallı rayonunda zəncirvari yol qəzası baş verib.
TolishMedia informasiya agentliyi xəbər verir ki, hadisə dekabrın 2-də gecə saatlarında rayonun mərkəzində qeydə alınıb.
Belə ki, “Toyota Prado” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxıb və yolun kənarında olan digər maşınlara çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb və ümumilikdə 4 avtomobilə ziyan dəyib.
Prev Post
Cəlilabad rayonunda yol qəzası baş verib
Comments