Leykozdan dünyasını dəyişdirən gənc Salyanlı

Aprel ayının 27 – də səhər  saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakultəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.  Aldığımız xəbərə əsasən Şirvan bürosunun məlumatına görə ötən ilin sentyabr ayında Məhəmməd Qurbanovda qəfil ağırlaşmış leykoz xəstəliyi aşkar olumuşdu. Həkim konsilumunun gəldiyi nəticəyə görə Məhəmmədin müalicəsinin yalnız Türkiyədə mümkün olduğu bildirilmişdi. Və bəzi xeyirxah insanların maddi  köməkliyi ilə ağır xəstəliyə düçar olmuş tələbə ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi. Məhəmmədin atası , ailənin yeganə oğlu Zahid Məmmədov polkovnik-leytnant rütbəsində hərbçidir.Məhəmməd hazırda Salyan rayonunda yaşayan 73 yaşlı babasının adını daşıyırdı. Mərhumun valideynlərinin müşayəti ilə  cənazəsi təyyarə ilə Bakıya və sonra Salyana gətirilmişdir. Daha bir gənc dünyasını qəfil dəyişdirdi . Belə hal Azərbaycan adlı məkanda adi və sıravi bir adətə çevrilmişdir. Dünyada analoqsuz inkişafı olan yalançı Azərbaycan dövlətində insanın heç bir qiyməti yoxdur. Bu diyarda ancaq əliyevlər sülaləsi və onların yal verənləri istədikləri kimi yaşaya bilərlər. Bu ölkədə tibb sıfırdan da aşağı səviyyədədir.

Allah bu cavan oğlanı rəhmət eləsin.

Gülhana- Bakı – Salyan.

Sərdar Bunyadov.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP