Səfəvilər dövlətinin rəsmi dili nə idi?

Səfəvilər dövründə bura gəlmiş avropalı səyyahların dilindən

1) Fars dili dövlətin əsas dilidir. Xalq və qruplar ona çox bağlıdırlar. Fars dilinə ölkənin əsas dili kimi xalq tərəfindən o qədər hörmət bəslənir və o qədər ona təəssüb göstərilir ki, təkcə bütün məktublarda, maraqlı kitablarda, xüsusən şeir divanlarında, hətta bütün müqavilələrdə və rəsmi yazılarda şahın verdiyi əmr və hökmlərdən tutmuş dövlət və hakimiyyət üçün əhəmiyyətli məsələlərdə fars dilindən istifadə edirlər

( Pietro Dellavale, 1380/ 2001: 522).

2) İranlıların özünə məxsus dili vardır ki, ərəb dilinə daha çox, türk dilinə isə daha az yaxındır. Fars dilində bir çox lüğət vardır ki, eyni ilə yaxud da biraz Alman dilindəkilərə oxşardır. Sanki bu dildən əxz edilmişdir. O cümlədən, bəradər(qardaş), doxtər (qız), bərbər, ləb ( dodaq) və… bugün iranlılar çalışırlar ki, özünün ana dili ilə yanaşı türk dilində də danışsınlar, xüsusilə də o əyalətlərdə ki, türklər ələ keçirib və yiyələnmişdilər”

(Adam Oleari, 1363/ 1984: 303)

3)Əbhərdən Hindistana qədər təxminən hər yerdə fars dilində birbaşa danışırlar və bu da az-çox demək olar ki, xalis və doğru fars dilinin mərkəzi kimi Şirazdan nə qədər uzaq ya da yaxın olması ilə bağlıdır” (Krovis, 1380/2001: 187).

4) Ərəb və Hindistan əmirlərinin qərargahından tutmuş Qanq çayı, hətta Siyama qədər elə insalarla raslaşdım ki, həyatını fars dilində səhvə yol vermədən gündəlik tələbatını təmin edirdi” (Engelbert Kaempfer, 1350/1971: 167).

5) Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda Səfəvi şahların Şəki və Şirvan xanlıqlarındakı məmurlara xitabən aşağıdakı siyahıdakı kimi Fars dilində verdikləri fərmanları saxlayır:

– Şəki bölgəsinə dair şah Tahmasbın fərmanı, qeydiyyat nömrəsi: h-7/8925, fərmanların əvvəlində yazılan bu məşhur cümlə ilə ki,“ Fərmane Homayun şod anke” başlanır.

– Şəki kəndlərindən olan Kiş ,Novxu və Şəkrəndin tapışırılmasına dair II şah Abbasın fərmanı, qeydiyyat nömrəsi: h-23/5427, fərmanın başlanğıcında “Hokme cəhan məta şod anke” məşhur cümlə yazılmışdır.

AMEA-da, eləcə də Britaniya və Gürcüstan muzeylərində saxlanılan fars dilində bir neçə sənəd mövcuddur.

6) Rəiyyət tərəfindən yazılmış və mövcud olan bəzi məktub və ərizələr sübut edir ki, Səfəvi dövlətinin tabeliyindəki Qafqaziya xalqı da öz məktublarını fars dilində yazaraq divana göndərirmişlər. Nümunə kimi orginal nüsxəsi Azərbaycan Milli Elmlər Akademiyasında mövcud olan Şəki rəiyyətləri tərəfindən II şah Abbasa xitabən yazılan ərizədir. Bu məktub belə başlanır:

“ Ərze daşt şah, kəmtərin, doaguyan ruaya-e əlkae Şəki, bezure ərz miresanənd ke, imarət-e Pənah Abbasqulu xan Hakeme Şəki qışlaqi ke molke İrane fəqiran əst be cəmaəte ətrafi be ecare dade qışlaqbaşiye an ra xod təsərrof minəmayəd (Mənaf oğlu, 2007: 71)

Tərcüməsi:

“Şəki kəndlərinin sizi dua edən rəiyyətləri bildirir ki, Şəkinin hakimi Pənah Abbasqulu xan İranın kasıblarının olan qışlaqı ətraf camaatına icarəyə verib və onun icarə haqqını özünə götürür”.

7) Səfəvi dönəminin risalələr divanına aid mövcud olan və bu divan tərəfindən verilmiş bütün sənəd və əsərlərə baxdıqda məlum olur ki, 230 illik Səfəvi dönəmində şahların, hakimlərin, valilərin daxili və xarici sahədəki bütün məktubları, göndərdikləri fars dilində yazılmışdır. Eyni zamanda həmin dönəmdə İrandan əlavə Hindistan və ətraf şəhərləri, eləcə də Osmanlının geniş bir dövründə də şahların məktub dili Fars dilindən ibarət olmuşdur. Səfəvi sarayında türkcə saray əyanlarının dili olmuş və bir neçə məktublaşmada öz əksini tapmışdır.

Rəhim Əfəndi.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP