Məhəmmədhüseyn Şəhriyar

1) Məhəmmədhüseyn Şəhriyar türk dilinə, öz obasına, vətəni İrana çox bağlı olubdur. İllərdir ki, Azərbaycanın “baş – ayaq” tarixçiləri, ədəbiyyatçıları onu fərqli şəkildə təqdim etməyə çalışırlar. Şəhriyarın türkcə divanından bəzi şeirlərinin çıxarılması, farsca divanının qəsdən səhv tərcümə olunması buna örnəkdir. O vaxtlar Şəhriyar farsca yazırdı.

Anası Kövkəb xanımın təsiri ilə türkcə yazmağa başladı, lakin Pişəvərinin başçılığı ilə İranda kommunist Cənubi Azərbaycan hökuməti qurulduqdan sonra kommunist türkçülər Şəhriyarı sıxmağa çalışırdılar ki, niyə farsca yazırsan?? Şəhriyar onların cavabında türkcə yazdığı şeirdə belə cavab verirdi :

Dedin:

Azər elinin bir yaralı nisgiliyəm mən
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən
Yad məni atsa da öz gülşənimin bülbülüyəm mən
Elimin farsıca da dərdini söylər diliyəm mən.
Həqqə doğru nə qaranlıq isə el məşəliyəm mən
Əbədiyyət gülüyəm mən!

Şəhriyarın “Həqqə doğru nə qaranlıq isə el məşəliyəm mən” ifadəsi açıq-aşkar kommunist pantürkistlərə sillə kimi cavabdır!

2) Sovet dövründə “Həsrət” ədəbiyyatı var idi. Sovet Azərbaycanı şairləri ilə İran Azərbaycanı şairləri bir-birilə şeirləşərdi. Qatı kommunist “partbiletim sol cibimdə, ürəyimin başındadır” deyən Süleyman Rüstəm Şəhriyara Sovet Azərbaycanına qoşulmağa səsləyirdi. Şəhriyar isə cavabında əksinə İrana, həqiqi vətənə qayıtmağa çağırırdı:

Atamız Kuroşun(İran hökmdarı 2-ci Kir) yasubən dəxməsi içrə
Anamız İranı bölməkdədir oynaş arasında

Göz yaşımsan sən Araz qoyma gözüm baxanda görsün
Nə yaman pərdə çəkibsən iki qardaş arasında

Daraşub canuma düşmən hərə bir diş qoparıllar
Bu yetim malı qalıb bir süri kəllaş arasında

Demə dağ-daşdı Süleyman səni məndən ayıran şey
Bir çibandır ki çıxubdur gözilən qaş arasında

deyərək həqiqi vətəninin İran olduğunu qeyd edib.

3) Məsələnin ən ironik tərəfi budur ki, 20-ci əsrdə Şəhriyar məlikişşüəra Bəharidən sonra İran və İran vətənpərvərliyi mövzusunda yazan ikinci şəxsdir. Farsca divanından şeirlərinin əksəriyyəti İran və Təxti-Cəmşid nəğmələri haqqındadır.

“Türkün dili tək sevgili istəkli dil olmaz
Özgə dilə qatsan bu əsil dil əsil olmaz”

deyən şair başqa şeirində isə yazır

” Torki – ye ma əziz əst o zəbane madəri
Leyk, əgər İran nəquyəd lal bada in zəban”
(Hərçənd ki, türk dili əzizdir və ana dilimiz
Əgər İran deməsə lal olsun bu dil) deyirdi.

3) Şəhriyarın öz zamanında ona qondarma “ad” – lar, şeirlərinin Sovet Azərbaycanında təhrif edilməsi barədə məlumat çatmışdı. Ona görə şeirləri ilə bunlara cavab verirdi. Videonun ilk dəqiqələrinə diqqətlə baxın, görün Şəhriyar farsca nə deyir :

“Pəhləvi dilinin əsası Azərbaycan idi, ari irqinin mərkəzi Azərbaycan idi, Tamam İranın əsl mərkəzi Azərbaycan idi”

Bundan sonra danışmağın, qalaq-qalaq təhrif dolu kitabların yazılmasının nə mənası var?? Bu canlı sübutdur!! Inkaredilməz sübut!

4) To homayun məhdi zərdoşti və fərzandane to
Pure İranənd və pak ayin nejade ariyan

(Sən Zərdüştün məkanısan və sənin övladların
İranın övladlarıdır və ari irqindəndir və pak dinə mənsubdurlar

Exteleafe ləhceyi melliyət nəzayəd bəhri kəs
Melləti ba yek zəban, kəmtər be yad arəd zaman

(Dillərin müxtəlif olması kimsəyə kimlik yaratmaz
Tək dilli millətlər tarix boyunca az olublar )

Gər bedine mənteq to ra qoftənd İrani nəyi
Sobh ra xanənd şam və aseman ra risman

(Əgər bu məntiqlə desələr iranlı deyilsən Sübhü axşam və göyləri yer kimi oxuyublar )

Madər İran nədarəd çun to fərzəndi dəlir
Ruze səxti çəşme omid əz to darəd həmçenan

(İranın anası yoxdur, sən onun igid övladısan
Çətin gündə ümid gözü sənsən)

Bikəs əst İran, be hərf nakəsan əz rəh məro
Can be qurban to ey canane Azərbaycan

( Kimsəsizdir İran, özünü satmışların yolundan getmə
Can sənə qurban olsun ey Azərbaycanın cananı)

Tərcümə – Rəhim Əfəndi

5) 1)Fələk yek çənd İran ra əsiri torko tazi kərd
Dər İran xan yəğma did tazi, torktazi kərd

(Fələk bir neçə dəfə İranı türk və ərəblərin əsiri etdi ) (tazi ərəb qəbiləsinin adıdır)

Vətənxahi dər İran xaneman bər duş şod çəndi
Be coz dər sineha atəşkəde xamuş şod çəndi

(Bir neçə müddət vətənsevərlər İranda əsir oldu Ürəklərdən savayı bütün atəşgahlar söndü (ürəklərdə həmin eşqin alovu qalmışdı mənasında)

Ço əz Şahname, Ferdosi ço rə’di dər xəruş aməd
Be tən’ e İraniyan ra xune melliyət be cuş aməd

(Firdovsinin Şahnaməsindən bir ildırım kimi səs çıxdı
İranlıların vücudunda vətənpərvərlik qanı cuşə gəldi)

Zəbane parsi guya şod və tazi xamuş şod
Ze konce xəlvəte del, Əhrimən rəft və səruş aməd

(Fars dili yenidən parladı və ərəb dili sükuta qərq oldu Ürəklərdən pislik çıxdı, Əhrimən getdi və aydınlıq geri qayıtdı)

Tərcümə – Rəhim Əfəndi

6) Videoda Azərbaycan şeirinin əsl variantını oxuyur ki, bizim dilə Fikrət Sadiq tərəfindən “Könlüm quşu qanad çalmaz, sənsiz bir an Azərbaycan” ilə başlayan tərcüməsi yanlış tərcümə olunub. Buna etiraz olaraq Azərbaycan şeirinin düzgün və yenidən tərcüməsini Şəhriyarın öz tələbəsi olmuş Əsğər Fərdi edib.

Rəhim Əfəndi.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP