Osmanlilarin vəhşilikləri və qarətləri haqqinda iskəndər bəy münşinin şəxsi müşahidələri əsasinda aldiği qeydlər

TolishMedia informasiya agentliyinin verdiyi xəbərə görə, Rəhim Əfəndi  Facebook sosial şəbəkəsinin öz səhifəsində yazıb:

1) Səfəvi Şah 1-ci Abbasın (1587-1629) katibi və Səfəvilər dövrünün ən mühüm tarixi əsərinin yazarı, “Kitabe – aləm – arayi – Abbasi” (Abbasın dünyanı bəzəyən tarixi) müəllifi İskəndər bəy Türkmanın (Münşi) birbaşa müşahidələri əsasında Osmanlıların Təbriz şəhərindəki vəhşilikləri və qarətləri barəsində farsca qələmə aldığı həmin əsərində qeyd etmişdir. O yazır.. 2-ci bəndə diqqət yetirək.

2) ” Qızıl və zövqlə bəzədilmiş evlərin hamısı dağıdılmış, rəngli pəncərə və qapılar əzilmiş və onların yeri yandırılmışdı. Bağ və bağçaların ağacları kəsilmişdi. Minlərlə evlərdən heç biri salamat qalmamışdı və bütün dükanlar, hamamlar viran olmuşdu. Həmçinin öldürülmüş təbrizlilərin cəsədləri küçələrə, qapılara və bazarlara səpələnmişdi. Şad,xürrəm və gözəl Təbriz şəhərinin vəziyyəti viranə qalmış və görənlərin ürəyinə dağ çəkirdi. Bu halı görən şair Mövlanə Foruği Təbrizi dedi :

وقوع کربلا تسکین دردم می‌دهد، ورنه
دلم در حسرت تبریز ، ویرانتر ز تبریز است

Vəqu ‘ Kərbəla təskin-e dərdəm midəhəd, vərnə
Deləm dər həsrət – e Təbriz, virantər ze Təbriz əst

( Kərbəla hadisəsi dərdlərimə təskinlik verir, yoxsa
Ürəyim Təbriz həsrətində və Təbrizdən də virandır.)

3) Əsərdə sonrakı hadisələr ölənlərin dəfn olunması, ölmüş heyvanların basdırılması, tarlalara və bazarlara səpələnmiş cəsədlərin təmizlənməsi və başqa yerlərə qaçmış təbrizlilərin geri qayıtması haqqında danışılır.

4) Hörmətli yoldaşlar, aşağıdakı link vasitəsilə İskəndər bəy Münşinin “Abbasın dünyanı bəzəyən tarixi” kitabının əlyazmasını İran Milli Kitabxanasının onlayn veb saytından baxa bilərsiniz.

http://dl.nlai.ir/…/bc9e3c63-d382-44d4-8611-c3…/LRRView.aspx

5) Osmanlıların qarət və qətliamları haqqında digər bir dəyərli tarixi sənədə əvvəlki paylaşımımda da nəzər sala bilərsiniz.

Comments

Be the first to comment on this article

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Go to TOP