PUŞKİN // BİLƏSUVAR SOVET DÖVRÜNDƏ

BİLƏSUVAR 

Sahəsi 1397 kvadrat kilometr idi. 22 kəndi var idi. 9 kolxozu, 4 sovxozu var idi. Respublikanın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq mühüm yer tuturdu. Bolqar çayının üstündə su anbarı yaradılmışdı. 40 min hektar əkin sahəsinin 40 %-ində dənli və dənli-paxlalı bitkilər (buğda, arpa və s.), 36 %-ində texniki bitkilər (pambıq), 7%-ində tərəvəz – bostan bitkiləri və kartof, 17 %-ində yem bitkiləri əkilirdi.

Üzümçülük və meyvəçiliklə məşğul olunurdu. 26,5 min qaramal, 83,0 min davar var idi. Quşçuluq inkişaf etmişdi. 1982 ildə 38,3 min ton pambıq istehsal olunmuşdu. Respublika Dövlət Kənd Təsərrüfat İstehsal – Texniki Təminat Komitəsinin şöbəsi, çörəkbişirmə müəssisəsi, elektrik şəbəkəsi və s. var idi. 4 bağçasında 172 uşaq tərbiyə olunurdu. 30 ümumtəhsil məktəbində 16,1 min, texniki peşə məktəbində 574 şagird oxuyurdu.

Yeddiillik musiqi məktəbi, 33 kitabxana, 5 mədəniyyət evi, kinoteatr, 22 klub, 16 kinoqurğu var idi. 460 çarpayılıq 9 birləşmiş xəstəxana, 22 feldşer-mama məntəqəsi, dispanser (dəri-zöhrəvi), sanitariya – epidemioloji stansiya, 87 həkim, 229 orta tibb işçisi var idi.

Qəzeti: “Məhsul” 1931 ildən çıxırdı (1950 ilədək “Qırmızı pambıqçı”, 1962 ilədək “Yeni Muğan” adları ilə nəşr olunmuşdu).

Go to TOP