AQTA Lənkəranda fəaliyyət göstərən restoranı cərimələyib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunda yoxlama keçiriblər. Bu haqda məlumatı TOLİSHMEDİA informasiya agentliyi verir.

Monitorinq zamanı Lənkəran şəhəri, H. Əliyev prospektində yerləşən “Mayak Hotel” restoranının qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışının olmaması məlum olunub. Aşkar edilmiş nöqsanın aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Go to TOP