Lənkəranda canavarlar mal-qaraya hücum ediblər

Lənkəran rayonunda canavarlar mal-qaraya hücum ediblər.

TOLİSHMEDİA informasiya agentliyi xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Bildirilir ki, hadisə Lənkəranın Balıqçılar kəndi ərazisində baş verib. Bir qrup vətəndaşın ərazidən keçməsi inəkləri yırtıcıların ağzından xilas edə bilib.

Go to TOP