Baş bankir Elman Rüstəmov: Azərbaycanda əhalinin 98% deyib ki qiymət artımı gözləmir
Azərbaycan Respublikasının baş bankiri Elman Rüstəmovun sözlərinə görə Azərbaycanda sorğu keçiriilib və bu sorğuda 98% əhali deyib ki, qiymət artımı gözləmirlər, onların heç bir inflyasiya gözləntisi yoxdur.
TolishMedia inforamasiya agentliyi xəbər verir ki, bunu iqtisadçı ekspert, Real hərəkatının icra katibi Natiq Cəfərli “Facebook” sosial şəbəkəsinin öz səhifəsində yazıb.
Natiq Cəfərli Elman Rüstəmovun qeyd edilən sözlərinə münasibət bildirib və deyib ki, bu biabırçı rəqəmdir.
“Bu gün istənilən vətəndaşın ən böyük çəkincəsi odur ki, qiymətlər artır və payızda daha çox artacaq – yəni, inflyasiya gözləntiləri cəmiyyətdə çox yüksəkdir. Amma baş bankir 98% kimi Şimali Koreya stilində bir rəqəm səsləndirdi. Nə isə, yaxşı işlərini də korlaya bilmək kimi “unikal” qabiliyyəti olan hökumətimiz var…” – deyə Natiq Cəfərli bildirib.
Comments