Ərkivan haqqında filmSevinək, ya..․

Əziz oxucu Akon (Ərkivan) haqqında 24 dəqiqəlik film yaradılıb. Əziyyət çəkiblər, nələrisə demək istəyiblər. Gənc nəslə nələrisə çatdırmağa çalışıblar. İstəklərinə nail olublarmı?
Təəssüf ki, film ciddi qüsurlardan xali də deyil.

1. Açıq-aydın bilinir ki, filmin ssenarisi yoxdur-kimin yadına nə düşüb, ondan danışıb. Bir sıra yerlərdə təkrara yol verilib.

2. Filmdə Ərkivandan qəsəbə kimi danışılsa da, başlıqda Ərkivan kəndi kimi təqdim olunub.

3. Ərkivanın tarixi gah 1500, gah 2000 il kimi göstərilib.

4. Mənbələr qeyd olunmur. Hansı ki N. Novruzovun “Masallı”, M. Mirzəyevin “Mənim Masallım”, eləcə də cənubun ən sanballı tarix kitabı “Əxbərnamə” də Ərkivanla bağlı maraqlı detallar bar.

5. Ərkivanın tarixi toplum şəklində ilk dəfə 24 il öncə, mənim redaktorluğum, Sücəddin Novruzovun sponsorluğu ilə çap edilən 12 səhifəlik qəzet-bülletendə, daha mükəmməl şəkildə isə Əbdürrəhman Səmədovun “Ərkivan salnaməsi”ndə ərsəyə gəldi. Lakin bu mənbələrin adı heç qeyd olunmur. Hələ Azərbaycan Ensiklopediyasını demirik

6. Ölkədə ilk kənd saytı Ərkivanda yarandı- “Arkivan.az”. Ərazinin elektron-ensiklopediyası kimi. bu sayt 2 il 200 manata görə bağlananda bu tarixçilərdən heç birinin cınqırı çıxmadı. İndi bu mənbələrdən istifadə olunsa da, mənbələr göstərilmir.

7. Ərkivanın ən azından bir rayona nümunə olacaq din, mətbuat, incəsən tarixi var. Qeyd olunmur.

8. Ölkənin tarixini və coğrafiyasının əsas yaradıcıları – professorlar ərkivanlı Əsədulla Cəfərov və Nadir Məmmədovdur. Niyə onlar yox, həvəskarlar danışır.

9. Ərkivanın əsas tanınmışları-xüsusən 50-yə yaxın alim ordusu xatırlanmır. Halbuki, rayonun ilk tibb elmlər doktoru Əvəz Cəbiyev, ABŞ-da Azərbaycan elmini şöhrətləndirən Mikayılovlar qardaşları, gənc ABŞ alimi Tural Sadıqzadə, alim-şairə Rəsmiyyə Sabir, 2 dəfə rayona rəhbərlik etmiş Teymur YƏHYAYEV, ölkə miqyaslı xeyriyyəşi Gülağa Tənha, Əkbərxan Talışınsil, ölkənin milli güləş komandasının məşqçisi olmuş Yaqub Məmmədov və onlarla başqaları yada düşmür.

10. Bilinmir film ancaq kəndin tarixi haqqındadır, ya Ərkivanın həm dünəni, həm bu günü haqqında.

Ərkivan haqqında belə başdansovdu film çəkmək ayıbdır. Hərə öz bacardığı işlə məşğul olmalıdır. Qaş düzəldən yerdə vurub göz çıxartmamalıdır.
Yazdıqlarım isə ilk baxışda görünən nöqsanların heç 5-də biri deyil. Belə şanslar həmişə yaranmır. Tarixdən danışmaq başqa, onu sevmək başqa şeydir. Ona görə, hər şeyə yaxın ola-ola hər şeyə uzağıq.
Yəqin ki, yaxın vaxtlarda Ərkivan haqqında daha ətraflı yazı ilə çıxış etməli olacağam.

Masal –  Akon (Ərkivan)

Zahir Əmənov

Comments

Be the first to comment on this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Go to TOP